24 
Sen
2020
13:41
199
65
3843
Virtual karabakh

Filip Kirkorov Azərbaycan əsilli gənc ifaçı barədə yüksək fikirlər söylədi - FOTO

24 Sen, 2020
13:41
3843

Filip Kirkorov Azərbaycan əsilli gənc ifaçı barədə yüksək fikirlər söylədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur rusiyalı müğənni və bəstəkar Filip Kirkorov hesab edir ki, əslən Azərbaycandan olan rusiyalı ifaçı Jony (Cahid Hüseynli)  Azərbaycanı “Avroviziya-2021” musiqi yarışmasında yüksək səviyyədə təmsil edə bilərdi.

Bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

F.Kirkorovun Jony ilə bağlı fikirləri “Instagram”da populyar olan “Eurovision Wiwibloggs” səhifəsində dərc edilib.

Yazıda qeyd olunur ki, bir neçə gün əvvəl baş tutan tədbirlərdən birində Rusiya estradasının tanınmış siması etiraf edib ki, Jony gələcəkdə Azərbaycanı “Avroviziya”da təmsil etmək uçun ən uğurlu namizədlərdən biri ola bilər.  

F.Kirkorov əlavə edib ki, Jony ilə “Avroviziya” yarışması çərçivəsində əməkdaşlıq etməyə də hazırdır.  

Qeyd edək ki, Azərbaycanı “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Samirə Əfəndi təmsil edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri