14 
Dek
2020
03:15
307
48
22626
Virtual karabakh

Həyat yoldaşı vəfat edən tanınmış aktrisadan gözlənilməz qərar

14 Dek, 2020
03:15
22626

Həyat yoldaşı vəfat edən tanınmış aktrisadan gözlənilməz qərar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TV8-in rəhbəri Acun Ilıcalının 2021-ci il yanvarın 1-də yayıma başlayacaq onlayn platforma “Exxen”lə yeddi illik fasilədən sonra ekranlara dönməyə hazırlaşan tanınmış aktrisa Özgü Namal gözlənilməz qərar verib.

Bununla bağlı “Haber Global” məlumat yayıb.

Bildirilib ki, o, “Hökmsüz” adlı serialın heyətindən ayrılıb.

Aktrisa prodüseri Mustafa Uslu, ssenari müəllifi Oğulcan Kırca, rejissoru isə Ömər Faruk Sorak olan serialın heyətindən ayrılmaq qərarına gəlib.

41 yaşlı aktrisa serialın ssenarisində bir neçə dəyişiklik edilməsini istəyib. Lakin M.Uslu onun istəklərini geri çevirib.

Serialın ilkin çəkilişlərinin İzmirdə baş tutması, aktrisanın uşaqlarını qoyub gedə bilməməsi bu ayrılığın əsas səbəbləri arasındadır.

Qeyd edək ki, oktyabrda aktrisanın həyat yoldaşı qəflətən vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri