Yan
2021
09:18
592
15
6130
Virtual karabakh

Vətən Müharibəsinə şəxsi yük maşını ilə qatılan qəhrəman - FOTO

6 Yan, 2021
09:18
6130

Vətən Müharibəsinə şəxsi yük maşını ilə qatılan qəhrəman - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayon sakini Cavid Əhmədov ötən il sentyabrın 27-də başlamış Vətən Müharibəsinə digər qəhrəmanlarımızdan fərqli şəkildə qoşulub.

Cavid Əhmədov ön cəbhəyə şəxsi yük avtomobili ilə gedib.

Əhmədov Cavid Yadigar oğlu 1985-ci ildə Cəlilabad rayonunun Mollalı kəndində doğulub. O, hər zaman yaxınlarına və həmyaşıdlarına Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştiraka hər an hazır olduğunu bildirib. İkinci Qarabağ müharibəsi Cavid Əhmədovun vədinə əməl etməsi üçün əsl məqam olub. O, oktyabrın 1-də könüllü olaraq “KamAZ” yük avtomobili ilə döyüşlərə yollanıb. Cavid bir sıra ağır döyüşlərdə yaxından iştirak edib və dəfələrlə şəxsi qəhrəmanlıqlar göstərib.

Ön cəbhədə 3 aya yaxın xidmət edən könüllümüz bugünlərdə evinə qayıdıb. Doğmaları, rayon sakinləri vətənpərvər həmyerlilərini böyük coşqu ilə qarşılayıb.

Qeyd edək k, döyüşlər zamanı böyük qəhrəmanlıqlar göstərən Cavid Əhmədov “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Report

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri