12 
Fev
2021
08:40
31
78
6386
Virtual karabakh

Cici Hadidin sızanaqla mübarizə üsulu həkimləri narahat etdi

12 Fev, 2021
08:40
6386

Cici Hadidin sızanaqla mübarizə üsulu həkimləri narahat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Super model Cici Hadidin sızanaqlarla mübarizə üsulu həkimlərin narahatlığına səbəb olub.

Bu barədə “Insider” xəbər yayıb.

25 yaşlı məşhur sosial şəbəkədə dəriyə qulluq və üzdəki qara nöqtələri necə yox etdiyini deyib.

“Mən düz iltihab yerinin üstünə dış məcunu sürtürəm və o, quruyur. Bunu dediymə görə cəhənnəmə düşə bilərəm, ancaq bu, mənim üsulumdur”, - deyə o bildirib.

Nyu-Yorklu dermatoloq Haydi Uoldorf Hadidin dediyi üsulun nəinki qeyri-effektiv olduğunu, həmçinin iltihab yarada və sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. O, bunu diş məcunlarının tərkibində natrium lauril sulfat kimi maddələrin, həmçinin dərini qıcıqlandıran florid və soda olduğu ilə əlaqələndirib.

Bundan əlavə, mütəxəssisin fikrincə, natrium lauril sulfat təbii yağ və zülal baryerini dərinin səthindən təmizləyir, bu da dəri yağının daha aktiv ifrazına gətirir, nəticədə yeni sızanaqların yaranmasını təhrik edir.

Bunun əvəzinə, həkim salisil turşusu məhsullarının istifadəsini məsləhət görüb. Belə məhsullar bakteriyalar, viruslar və göbələklərlə mübarizə aparır, həmçinin sebum istehsalına nəzarət edir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri