20 
Fev
2021
09:08
85
120
5596
Virtual karabakh

Kristian Stüart daha bir mülk aldı - FOTO

20 Fev, 2021
09:08
5596

Kristian Stüart daha bir mülk aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktrisa Kristen Stüart 6 milyon dollara (təxminən 10 200 000 AZN) yeni bir mülk alıb.

Bu barədə “Dirt” xəbər yayıb.

Bildirilir ki, 1920-ci il Aralıq dənizi intibah dövrü stilində tikilən imarət Los-Felizdə (Los-Anceles, ABŞ) yerləşir.

Mülk sonuncu dəfə 2008-ci ildə satılıb. Buna qədər onun sahibi “Təcili yardım” serialı ilə tanınan aktyor Entoni Edvards olub.

Sərt fasadına baxmayaraq, malikanənin içərisi isti və rahat görünür.

Evin sahəsi 452 kvadratmetrdir. Dörd yataq otağı və beş vanna otağının yanında qonaq otağı, ailə otağı, açıq yemək lojistikası olan yemək otağı, mətbəx və kiçik camaşırxana var. Sahədə qonaq evi, böyük bağ, sauna və SPA ilə duz hovuzu da mövcuddur.

Stüart Los-Felizdə başqa ulduzların malikanələrinin yanında qapalı ərazidə yerləşən daha bir evə sahibdir. Bundan başqa, onun Manhettendə 5,6 milyon dollar (təxminən 9,5 milyon manat) dəyərində bir penthausu və istirahət etmək üçün Malibuda 9,5 milyon dollar (təxminən 16,1 milyon manat) dəyərində mülkü var.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri