Mar
2021
11:42
142
46
8534
Virtual karabakh

Neslihan Atagül arıqlamasının səbəbini açıqladı - FOTO

5 Mar, 2021
11:42
8534

Neslihan Atagül arıqlamasının səbəbini açıqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sevilən türkiyəli aktrisa Neslihan Atagül Doğulu həmkarı Kadir Doğulu ile evliliyi, özünəməxsus xüsusiyyətləri ilə bağlı açıqlamalar verib.

CNN xəbər verir ki, bir müddət öncə ABŞ jurnalının üz qabığına çəkilən aktrisa elə həmin ölkənin sevilən şou proqramına müsahibə verib və bu ay da bir jurnalın üz qabığının ulduzu olub.

Həyatında “Kaş ki”lərə heç yer vermədiyini deyən 28 yaşlı Atagül verdiyi bütün qərarların sanki ona xidmət etdiyini hiss edir:

“Atdığım hər addım, hər qərar məni mən edən şeylərdir”.

Evliliyindən söz açan cazibədar aktrisa burada həm sevginin, həm də dostluğun yer aldığını bildirib:

“Bunun çox qiymətli olduğunu düşünürəm. Özümüzü inkişaf etdirdikcə bir-birimizin inkişafına da əhəmiyyət veririk. Bəzən söhbətlə, bəzən də danışmadan bir-birimizi anlayırıq”.

“İndi daha yaxşıyam. İstirahət edirəm, məni çox yormayacaq işlər görürəm. 4-5 kilo arıqladım. Dincəlməli idim. Orqanizmim ağır iş tempinə tab gətirə bilmədi. Bu səbəbdən ayrıldım”, - deyə, Atagül çəkilişlərdən imtina etməsinin səbəbini açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri