Mar
2021
09:00
35
110
4421
Virtual karabakh

Britni Spirs sevgilisini qeyri-adi üsulla təbrik etdi - VİDEO

6 Mar, 2021
09:00
4421

Britni Spirs sevgilisini qeyri-adi üsulla təbrik etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni Britni Spirs sevgilisi Sem Əsgəri maraqlı üsulla təbrik edib.

“OK Magazine” nəşrinin məlumatına görə, ifaçı bununla bağlı əyləncəli kadrları özünün “Instagram” hesabında paylaşıb.

Kadrlar onun repertuarındakı ən populyar mahnılardan biri “Toxic” (2003) müşayiəti ilə çəkilib. İfaçı klipdən bir neçə hərəkəti nümayiş edib.

Sem özü də borclu qalmayıb və məzəli rəqsi təkrarlayıb.

“Məni həmişə güldürməyi bacaran insanın ad gününü təbrik edirəm”, - deyə müğənni yazıb.

Spirs həmçinin pərəstişkarlarından rəqsin kimdə daha yaxşı alındığını soruşub. İstifadəçilərin hamısı yekdilliklə ifaçını seçiblər, ancaq cütlüyün ideal münasibətləri olduğunu da vurğulayıblar.

Bundan başqa, bir çox istifadəçi müğənniyə sosial şəbəkədə belə bir rəqslə çelencə başlamağı tövsiyə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri