10 
Apr
2021
01:02
277
57
5648
Virtual karabakh

Reperin insan qanlı “İblis ayaqqabıları” satışdan geri çağrılır - FOTO

“İblis ayaqqabıları”nın satıcısı “Nike”ın məhkəmə iddiasından sonra onun satışdan geri çağırılmasına razılıq verib.

Bu barədə “Business Insider” xəbər yayıb.

Bildirilir ki, alıcılara verdikləri pullar geri qaytarılacaq.

Xatırladaq ki, rep ifaçısı Lil Nas X “Satanic Shoes” (“İblis ayaqqabıları”) adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. İdman ayaqqabısı “Nike Air Max 97”yə bənzəyir, sadəcə altlıq hissədə hava qabarcığı mürəkkəbə qarışmış bir damla qan ilə doldurulub.

Bununla əlaqədar olaraq “Nike” məhkəməyə müraciət edib və krossovların satışının müvəqqəti qadağan olunmasına nail olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri