30 
Mar
2021
06:40
17
516
4993
Virtual karabakh

Rep ifaçısı üzərində insan qanı olan “İblis ayaqqabısı” istehsal edib - FOTO

30 Mar, 2021
06:40
4993

Rep ifaçısı üzərində insan qanı olan “İblis ayaqqabısı” istehsal edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rep ifaçısı Lil Nas X “Satanic Shoes” (“İblis ayaqqabıları”) adı altında 666 cüt idman ayaqqabısı istehsal edib.

Bu barədə “Modern Notoriety” xəbər yayıb.

İdman ayaqqabısı “Nike Air Max 97”yə bənzəyir, sadəcə altlıq hissədə hava qabarcığı mürəkkəbə qarışmış bir damla qan ilə doldurulub.

Ayaqqabının üzərindəki “LUKE 10:18” yazısı isə Lukanın İncilindən bir hissədir: “Şeytanın göydən ildırım kimi düşdüyünü gördüm”.

“Nike” bu kollaborasiya ilə heç bir əlaqəsi olmadığını açıqlayıb.

“Nike bu ayaqqabını dizayn etməyib və ya istehsal etməyib, biz bu ayaqqabını təqdir etmirik”, - deyə şirkətdən bildirilib. 

Bundan sonra Lil Nas X-ın “Nike”dan üzr istədiyi ilə bağlı video yayımlanıb. Bu görüntülər bir gündə 2,5 milyon baxış toplayıb. Ancaq sonra məlum olub ki, əslində video üzrxahlıq deyil, “Montero” klipi üçün  çıxarışdır, sadəcə üzr kimi başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri