13 
Apr
2021
15:00
29
301
4573
Virtual karabakh

Türkiyəli məşhur aktyor reanimasiyaya yerləşdirildi

13 Apr, 2021
15:00
4573

Türkiyəli məşhur aktyor reanimasiyaya yerləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Kanal D telekanalında yayımlanan “Sadakatsız” serialının sevilən aktyoru Burak Sergenin dünən axşam saatlarında səhhətində problem yaranıb.

“Haber Global” məlumat verir ki, aktyor reanimasiyaya yerləşdirilib.

Nəfəs almaqda çətinlik çəkən 60 yaşlı aktyorun koronavirus testi neqativ çıxıb.

Burak Sergenin sosial media hesabında məşhur aktyorun səhhəti ilə bağlı açıqlama verilib:

“Burak bəyin hər iki koronavirus testi mənfi çıxdı. Ağciyərlərində infeksiya və tənəffüs çətinliyi səbəbiylə reanimasiya şöbəsində nəzarət altındadır. Xahiş edirik, həssaslıq göstərin və yalan xəbərlər paylaşmayın. Dualarınızı əsirgəməyin. Sevgilərlə”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri