16 
Noy
2014
10:58
129
68
15459
Virtual karabakh

Məşhur türk müğənnisi həbs edildi - VİDEO

16 Noy, 2014
10:58
15459

Məşhur türk müğənnisi həbs edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni polisləri görən kimi bağçaya qaçmağa başlayıb.

Narkotik naddələr ticarəti ilə məşğul olduğu iddia edilən türkiyəli müğənni Dəniz Seki həbs edilidi. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məhkəmə ev dustağı olan müğənniyə 6 il 3 ay həpis cəzası kəsdikdən sonra o, qaçıb gizlənmişdi. Müğənni dünən İstanbulun Büyükçəkməcə səmtində bir villada yaxalanıb. 

Müğənni polisləri görən kimi bağçaya qaçmağa başlayıb. Göz yaşları içində olan Dəniz Səki “mənim xəstəliyim var, mən heç nə etməmişəm, günahsızam” deyib.

Müğənni çantasındakı dərmanlara aid reseptləri göstərməyib və Bezmialem Vakıf universitetinin tibb fakultəsinin xəstəxanasına aparılıb. Xəstəxana da dərmanlara həkim baxdıqdan sonra Dəniz Səki təkrar polislər tərəfindən aparılıb.

Polis Dəniz Səkini tapmaq üçün uzun zaman araşdırma aparıb. Hamı Səkinin Yunanıstana qaçdığını düşünsə də, polislər onu İstanbulda turizm işi ilə məşğul olan sevglisi Faruk Salman tərəfindən gizlədildiyini ortaya çıxarıblar. 

Dəniz Səki heç bir texnoloji vasitədən istifadə etməyib. Yaxınları ilə münasibət qurmadığı üçün, polis onun nisanlısını izləməyə başlayıb. Beləliklə, telefonları dinlənən Faruk Salmanın Dənzi Səki ilə bir yerdə İstanbulda olduğu öyrənilib.

Faruk Salmanda Dəniz Səkinin gizlənməsində ona kömək etdiyi üçün də saxlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri