Dek
2014
13:58
163
33
18130
Virtual karabakh

Elnur Hüseynov Azərbaycandakı pərəstişkarlarına müraciət etdi

2 Dek, 2014
13:58
18130

Elnur Hüseynov Azərbaycandakı pərəstişkarlarına müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən həddən artıq xoşbəxt olaram”.

Dünən “O səs Türkiyə” müsabiqəsində çıxışından sonra Azərbaycan və Türkiyədə milyonların ürəyini fəth edən Elnur Hüseynov öz pərəstişkarlarına müraciət edib.

Oxu.Az xəbər verir ki, dünənki çıxışından sonra Elnurun sosial şəbəkələrdə yazdığı yeganə status heyvanların müdafiəsinə həsr edilib.

Elnur pərəstişkarlarını dekabrın 5-də keçiriləcək və heyvanların müdafiəsinə həsr ediləcək xeyriyyə konsertinə dəvət edib.

“Yanımda olanlara təşəkkür edirəm!!! Sahibsiz heyvanlar üçün veriləcək bu konsertə bilet alsanız xoşbəxt olaram. Onların bizə ehtiyacı var, axı biz insanıq və insan kimi davranmalıyıq!!! Mən insanlığa inanıram və inanıram ki, siz məni və mənim dostlarımı dəstəkləyəcəksiz!!! Hamınıza təşəkkür edirəm!”, - Elnur yazıb.

Qeyd edək ki, dekabrın 5-i Caz Mərkəzində İsfar Sarabski, Dilarə Kazımova, Eldar Qasımov, Samira Cavadzadə və “Excellent” müzik brendi Mikayıl Rəfiyev çıxış edəcək.

Biletlərin satışından əldə edilən vəsait sahibsiz heyvanların ehtiyacları üçün B.A.R.S. təşkilatının fonduna keçiriləcək.

Biletlərin qiyməti: 20 AZN-dir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri