16 
Noy
2021
08:37
79
67
4141
Virtual karabakh

Rusiyanı “Avroviziya”da təmsil edən qalmaqallı müğənni Maniza nişanını elan etdi - FOTO

16 Noy, 2021
08:37
4141

Rusiyanı “Avroviziya”da təmsil edən qalmaqallı müğənni Maniza nişanını elan etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanı “Avroviziya 2021”də təmsil edən qalmaqallı müğənni, BMT-nin xoşməramlı səfiri Manija (Manija Sangin) tezliklə evlənəcəyini açıqlayıb.

O, nişan xəbərini “Instagram” hesabının “hekayə” bölümündə paylaşıb. Sevgilisinin üzünün stikerlə bağlandığı fotoya ifaçı “Mən “hə” dedim”, - deyə o, şərh yazıb.

Rusiya mətbuatında verilən məlumata görə, 30 yaşlı məşhurun nişanlısı onun “Avroviziya” Mahnı Müsabiqəsində “Russian Woman” (“Rus qadını”) mahnısı ilə nömrəsinin konsepsiyasını hazırlayan rejissor Lado Kvataniyadır.

Xatırladaq ki, Manijanın “Russian woman” mahnısı Rusiya ictimaiyyətində birmənalı qarşılanmamışdı, hətta bir sıra şəxs bəstənin ləğv olunması üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Rusiya İstintaq Komitəsi də şikayət daxil olduqdan sonra istintaqa başlamışdı. Bundan əvvəl isə “Veteranskie Vesti” qəzetinin redaksiya heyəti Manijanın səhnə performansının rus qadınlarının ləyaqətini təhqir etdiyini və milli ahəngi pozduğunu düşünərək İstintaq Komitəsi ilə əlaqə saxlamışdı. Mahnı Federasiya Şurası və Rus Pravoslav Kilsəsi tərəfindən də tənqid olunub.

 

Bütün bu qalmaqallara baxmayaraq, mahnı 2021-ci ilin may ayında keçirilən “Avroviziya – 2021”-in finalında 204 xal toplayaraq 9-cu yeri tutdu. Bundan əlavə, mahnı sözügedən Mahnı Müsabiqəsinin “Eurostory” Mükafatında “Ən yaxşı sözlər” nominasiyasında 2-ci yeri tutub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri