17 
Noy
2021
07:37
193
42
6777
Virtual karabakh

Adeldən gənc sevgililərə xoş sürpriz - VİDEO

17 Noy, 2021
07:37
6777

Adeldən gənc sevgililərə xoş sürpriz - VİDEO

Britaniyalı ifaçı Adel Los-Anceles şəhərində konserti zamanı pərəstişkarına evlilik təklifində kömək edib.

Tədbir zamanı müğənni ifasını dayandırıb, sonra pərəstişkarlarından ona sürprizdə kömək etmələrini istəyib. O, əlavə edib ki, bunun üçün konsert zalında tam sakitlik olmalıdır.

“Əgər səs salsanız, sizi öldürərəm”, - deyə zarafatla bildirən Adel işıqların söndürülməsini xahiş edib.

Bu vaxt ifaçının pərəstişkarı Kevin sevgilisi Eşlini gözübağlı səhnəyə çıxarıb. Gənc qızın gözündən lenti açandan sonra dizi üstə çöküb və evlənmə təklif edib. O, sevgilisinin çoxdan evlilik təklifi gözlədiyini açıqlayıb.

“Allahım, biz o qədər uzun müddətdir sevgiliyik ki…”, - deyə qız cavab verib. Sonra gəncə “hə” cavabını verib. Bundan sonra Adel səhnəyə qayıdaraq “Make You Feel My Love” mahnısını oxuyub.

Mənbə: “The Washington Post”

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri