Dek
2021
19:51
340
32
4316
Virtual karabakh

Silvestr Stallone əsərlərindən ibarət sərgini təqdim etdi – FOTO

Döyüş filmlərindəki rolları ilə tanınan Hollivud ulduzu Silvestr Stallone pərəstişkarlarına rəsm əsərlərini təqdim edib.

Almaniyada “Karl Ernst Osthaus” muzeyində aktyorun 50-dən çox şəxsi rəsm əsəri nümayiş etdirilib.

Stallone gənclik illərində impressionizmlə maraqlanıb. O, ilk əsərlərini avtobusda gediş haqqını ödəmək üçün 5 dollara satıb.

Silvestr Stallone sərginin açılışında zarafatla deyib:

“Bilirsiniz, bəlkə də mən rəssam olmalıydım. Bu, şübhəsiz ki, daha az stresli olardı”.

“Sylvester Stallone: ​​The Magic of Being” adlı sərgi Hollivud ulduzunun 1966-cı ildən 2020-ci ilərdəki işlərini əhatə edir. Buraya “Rocky”, “Rembo” və “The Expendables” filmlərindəki personajlarının şəkilləri daxildir. Sərgi gələn ilin fevralına qədər davam edəcək .

Mənbə: Hollywood Reporter

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri