27 
Dek
2021
23:04
24
178
4999
Virtual karabakh

21 kq arıqlayan Larisa Dolinanın paylaşımı təəccüb yaratdı: Yağlı qida, spirtli içki - VİDEO

27 Dek, 2021
23:04
4999

21 kq arıqlayan Larisa Dolinanın paylaşımı təəccüb yaratdı: Yağlı qida, spirtli içki - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu yaxınlarda 21 kiloqram arıqlayaraq pərəstişkarlarını şoka salan Rusiyanın Xalq artisti Larisa Dolina qatar kupesindən qutab (çeburek) və qızardılmış yeməklərlə çəkilmiş video yayımlayıb.

Müğənni “Instagram” səhifəsindən etdiyi paylaşımında deyir ki, ona harmoniya və gözəlliyi qoruyub saxlamağa kömək edən məhz belə bir pəhrizdir:

“Düz gecə yarısı ən qalın, ən qızardılmış, ən yağlı qutabı (çeburek) götürüb yeyirəm. Sonra da üstündən xrenovuxa içirəm (sərt araq növü)”, - deyə o qeyd edib.

Müğənni süfrədəki yeməkləri göstərərək deyir ki, bütün bunları- pirojka, qızardılmış kartof və pankeykləri yeyəcək və üstündən də spirtli içki içəcək.

“Təsəvvür edirsiniz - bu mənim bədən quruluşumun və gözəlliyimin sirridir”, - deyə o vurğulayıb.

Dolina daha əvvəl 21 kiloqram arıqlamağı necə bacardığını danışarkən klinikaya getdiyini və həkimlərin ona qidalanma tövsiyələrini verdiklərini deyib. Məşhurun sözlərinə görə, qadağan olunmuş qidaların siyahısı onu çox təəccübləndirib - xüsusən də orada meyvə və giləmeyvə olub. Sənətçi sərt pəhrizdən əlavə, müddətli ac qalma qaydasına da əməl edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri