Yan
2022
11:32
105
261
2167
Virtual karabakh

Elnarə: “Rusiyada çox yüksək səviyyədə konsert proqramlarım keçir”

6 Yan, 2022
11:32
2167

Elnarə: “Rusiyada çox yüksək səviyyədə konsert proqramlarım keçir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim heç vaxt toy qiymətim olmayıb, kim nə veribsə, ona qane olmuşam. Toy qiymətlərimi qaldırmamışam ki, indi də endirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında əməkdar artist Elnarə Abdullayeva Rusiyada toy qiymətlərindən danışarkən deyib. Sənətçi həmişə Rusiyaya toy məclislərinə dəvət aldığını deyib:

“Toyum olmasa, çıxıb gələcəyəm. Azərbaycandan da toya dəvətlər alıram. Başımızı aşağı salıb gedirik. Mən dərə-təpə ilə yox, qatarla gedirəm. Harada dayanacaqsa, dayansın. Rusiyada çox yüksək səviyyədə konsert proqramlarım keçir. Hazırda müxtəlif şəhərlərdə görüşlərimiz də davam edir. Yanvar ayında Rusiyada böyük konsert proqramım nəzərdə tutulmayıb”.

Elnarə Abdullayeva Bakı tamaşaçılarını da yaddan çıxartmadığını deyir:

“Bakıda 3 günlük konsert proqramlarım olub. İndi pandemiya olduğundan belə konsertlərim təxirə düşüb. Vəziyyət tamam düzəlsin, pandemiya bitsin, sonra bu barədə qərar verəcəyəm”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri