26 
Yan
2022
03:04
172
73
6791
Virtual karabakh

Türkiyəli məşhurların qar əyləncəsi - FOTO

26 Yan, 2022
03:04
6791

Türkiyəli məşhurların qar əyləncəsi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində qarın yağmasını böyük sevinclə qarşılayan incəsənət əhli sosial media hesablarında paylaşımlar ediblər.

Ceyda Düvenci ilə xoşbəxt evliliyi olan aktyor Bülent Şakrak oğlu Əli ilə evin pəncərəsindən qar mənzərəsinə baxdığı fotonu paylaşıb.

Aktrisa Müge Boz da qızı Vina və iti Hektorun qarda çəkdirdiyi fotonu “Instagram” hesabından paylaşıb.

Show TV-nin məşhur “Güldür Güldür Şou” verilişinin “Aziz bəy”i Ali Sunal qızı Narinlə qarda poza verib.

Aktrisa Gökçe Akyıldız da əlində qəhvə ilə fotosunu izləyiciləri ilə paylaşıb.

Aktyor Emre Karayel də qar yağan kimi çölə çıxan məşhurlar arasındadır. O, paylaşımına “Azca qar görən adanalı” qeydini yazıb.

Aktrisa Azra Akın əri Atakan Koru və oğlu Demirlə düzəltdikləri mini qar adamın əhatəsində şəkil çəkdiriblər.

Aktyor Mert Fırat sosial media fenomeni həyat yoldaşı İdil Fıratla pozitiv selfi çəkib.

Qarla fotosunu paylaşanlar arasında aktyor Eser Yenerler də ailəsi ilə yer alır.

Müsiqiçi Sinan Güleryüz aktrisa həyat yoldaşı Özge Özder və qızları Luna ilə kamera qarşısına keçiblər.

Aktrisa Hatice Şendilin də paylaşımı diqqət çəkənlərdən olub.

Müğənni Demet Akalın da qar fürsətini əldən verməyib. O, həyat yoldaşı Okan Kurtla Uludağa gedib.

Tolga Sarıtaş da qış fəslinin dadını bir fincan qəhvə ilə çıxarıb.

Qarda foto çəkdirənlər arasında qeyri-adi səsi ilə fərqlənən Cem Adrian da var. Onun şəklini fonunu qazlar bəzəyib.

Metin Şentürk isə qar gəzintisini qar motosikletinin köməkliyi ilə edib. 

Bengü Öztürk qarlı havada kamera önünə övladı ilə çıxıb. 

Müğənni Özgün də bir çox həmkarı kimi qar əyləncəsini foto çəkdirməklə əbədiləşdirib. 

Türkiyənin ən yaraşıqlı aktyorlarından olan Burak Özçivit qışın ləzzətini dağa dırmanmaqla çıxarıb. 

Burak Özçivitin arvadı Fahriyye Evcen isə həyat yoldaşından geri qalmayıb. O da sosial media hesabından qarlı havada çəkilmiş fotosunu paylaşıb. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri