18 
May
2022
13:54
163
34
3624
Virtual karabakh

Azər Axşam: “Milyonçu” mənə heç nə qazandırmadı” - VİDEO

18 May, 2022
13:54
3624

Azər Axşam: “Milyonçu” mənə heç nə qazandırmadı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aparıcısı olduğum “Milyonçu” dünyaşöhrətli şou idi. Amma o şou mənə xırda populyarlıqdan savayı, heç nə qazandırmadı”.

Bu sözləri tanınmış aparıcı Azər Axşam MTV-də yayımlanan “Üzə düz” verilişində deyib.

“Aktyor olur, yaxşı obrazlar ifa edir, sonda da heç bir mükafat almır. Bu veriliş də mənim üçün belə bir şey oldu. Mənə olan dəyəri, qiyməti versələr, kifayət idi. Yalandan niyə danışım ki?! “Milyonçu” mənə yüksək məşhurluq vermədi, bu gün də kimsə demir ki, Azər Axşam bilirsən, kimdir? Dünyaşöhrətli “Milyonçu”nun aparıcısıdır”, - deyə əlavə edib.

Azər Axşam illər sonra efirlərə qayıdan “Milyonların şousu” verilişindən də danışıb:

“Bu şou yenidən başlayanda çox adam məni təbrik etmək üçün zəng vurdu. Səbəbini soruşanda dedilər ki, bəs şou başlayır da. Hər kəs gözlədi. Dedim, vallah, mənə deməyiblər, inanın ki, heç deməyəcəklər. Müraciət də olmayacaq. 49 yaşım var, nə aparıcı, nə də aktyor kimi heç bir telekanaldan təklif gəlməyib. Azərbaycanda təklif olunmur”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri