21 
May
2022
10:32
287
44
5497
Virtual karabakh

Van Dammın oğluna azərbaycanlı həyat yoldaşından təbrik: “Səninlə altı il dost olduq” - FOTO/VİDEO

21 May, 2022
10:32
5497

Van Dammın oğluna azərbaycanlı həyat yoldaşından təbrik: “Səninlə altı il dost olduq” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammın 35 yaşı tamam olub.

Oxu.Az-ın məlumatına görə, Krisin azərbaycanlı həyat yoldaşı Suada Hacızadə onu ad günü münasibətilə təbrik edib. 

Pianoçu təbrik videosu yayımlayaraq Krisi çox sevdiyini və ömür boyu onun yanında olacağını vurğulayıb:

“Mənim sevimli həyat yoldaşımın artıq 35 yaşı var. Həmişə yanında olacağam, biz birlikdə güclüyük. Həyatımı sənsiz təsəvvür edə bilmirəm. Səninlə altı il dost olduq. İki ildir isə bir-birimizi sevirik. Mənim tək və tək can yoldaşım. Həmişə xoşbəxt ol. Səni sevirəm”.

Qeyd edək ki, Suada ilə Kris ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurublar.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri