24 
May
2022
13:06
41
501
6016
Virtual karabakh

Xoşqədəmdən Doğuşa 600 minlik saat hədiyyəsi - VİDEO

24 May, 2022
13:06
6016

Xoşqədəmdən Doğuşa 600 minlik saat hədiyyəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının müğənni həyat yoldaşı Doğuşa etdiyi hədiyyə Türkiyə mətbuatında gündəm olub.  

Oxu.Az xəbər verir ki, bu barədə Doğuş Türkiyənin “TV8” kanalında yayımlanan “2-ci sayfa” verilişində qonaq olarkən danışıb.

O, aparıcının ünvanladığı “qolunuzdakı saat hamının diqqətini çəkib. Saatı özünüz, yoxsa həyat yoldaşınız alıb?” sualı cavablandırıb:

“Saatım orijinaldır, qiymət barədə danışmaq istəmirəm. Mənə daha çox həyat yoldaşım hədiyyə alır. Bahalı əşyalar almağı sevmirəm. Özəl günlərdə bir-birimizə hədiyyələr alırıq. Saatı doğum günümdə alıb”.

Verilişin aparıcıları Müge və Gülşen isə saatın qiymətinin 600 min lirə (təxminən 64 min manat - red.) olduğunu bildiriblər.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri