27 
May
2022
22:22
38
215
7003
Virtual karabakh

Voloçkova Azərbaycandan olan taksi sürücüsü ilə münasibətinə aydınlıq gətirdi

27 May, 2022
22:22
7003

Voloçkova Azərbaycandan olan taksi sürücüsü ilə münasibətinə aydınlıq gətirdi

Rusiyalı balerina Anastasiya Voloçkova Türkiyədə “Azərbaycandan olan taksi sürücüsü” ilə yox, dostu olan iş adamı ilə istirahət etdiyini bildirib.

Bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.

“Mən Türkiyədə romantik bir səyahət keçirdim. Məni dostlarım, o cümlədən türk əsilli iş adamı, varlı və zəngin bir dostum dəvət etdi”, - Voloçkova vurğulayıb.

O, əmin edib ki, yeni sevgilisinin 22 lüks avtomobildən ibarət şəxsi kolleksiyası var.

Balerina yeni dostunu “gənc, seksual, maraqlı və parlaq insan” adlandırıb. Onun sözlərinə görə, iş adamı Voloçkova üçün bütöv bir ada icarəyə götürüb.

“Mən həmişə kişilərin daimi diqqəti ilə əhatə olunmuşam. Və kiminlə münasibətlər qurmağı, necə, hansı müddətə və nə vaxt başa çatdırmağı seçmək hüququm var”, - deyə Voloçkova yekunlaşdırıb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri