İyn
2022
03:57
63
21
2731
Virtual karabakh

Məşhur müğənninin səhnədə çətin anları - FOTO/VİDEO

2 İyn, 2022
03:57
2731

Məşhur müğənninin səhnədə çətin anları - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur pop ifaçısı Edis konserti zamanı kövrək anlar yaşayıb.

Anası xərçəng xəstəliyindən əziyyət çəkən Edis atasını konsertində tək görən zaman göz yaşlarına hakim ola bilməyib.

Mahnıları və rəqsləri ilə adından söz etdirən müğənninin anası bir müddətdir ki, xərçəng xəstəliyindən müalicə alır.

Müğənninin atası isə ötən gecə Harbiyedə yüzlərlə insana konsert verən oğlunu tək qoymayıb.

Edis anasının İzmirdə xərçəng xəstəliyindən müalicə aldığı üçün konsertinə gələ bilmədiyini bildirib. Səhnədə göz yaşlarına hakim ola bilməyən gənc müğənni: “Mən elə ağlayan adam deyiləm. Son altı ayımız ailə üçün çox ağır keçdi. Birdən atamı qarşımda tək görəndə kövrəldim”, - deyə əlavə edib. 

Sözügedən görüntüləri təqdim edirik:

mənbə: sondakika

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri