İyn
2022
18:38
30
98
3965
Virtual karabakh

Azərbaycanlı məşhurların övladları ilə maraqlı paylaşımları - FOTO/VİDEO

1 İyn, 2022
18:38
3965

Azərbaycanlı məşhurların övladları ilə maraqlı paylaşımları - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı azərbaycanlı məşhurlar sosial media hesabında paylaşımlar ediblər.

Oxu.Az sözügedən paylaşımları təqdim edir:

Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə fotosunu paylaşaraq “canım oğlum, bu gün sənin bayramındır. Səni mənə bəxş edən Allahıma çox şükür, yaraşıqlı Əlim” şərhini əlavə edib.

Aktrisa Ülviyyə Xəlilbəyli oğlanları Rəsul və Fuad ilə fotosunu paylaşaraq “Rəsulumun ilk, Fuadımın ikinci bayramı. Dünyamı gözəlləşdirənlərim. Bütün körpələri təbrik edirəm, sizsiz bir günümüz olmasın” şərhini əlavə edib.

Müğənni Azad Şabanov isə paylaşımına “mübarəksiniz, mənim ən gözəl duyğularım” şərhini əlavə edib.

Müğənni Xatirə İslam oğlu Emilin uşaqlıq fotosunu paylaşaraq “mənim üçün həmişə körpə balam, Allah səni qorusun” şərhini əlavə edib.

Müğənni Zamiq Hüseynov oğlu Zeynin fotosunu paylaşaraq “ən böyük sevgim” şərhini əlavə edib.

Aparıcı Vüsalə Əlizadə qızı Dilək ilə videosunu paylaşaraq “anasının nəfəsi, balalarımız sağlam, xoşbəxt böyüsün, inşallah” şərhini əlavə edib.

Əməkdar artist Mətanət İsgəndərli uşaqlarla birgə videosunu paylaşaraq onları bu gün münasibəti ilə təbrik edib.

Mətanət İsgəndərlinin keçmiş gəlini Canana da qayınanasından geri qalmayaraq, övladları ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb. Canana paylaşıma “Görəsən, ananı kimsə əvəz edə bilər?” şərhini əlavə edib.

Aparıcı Zaur və Günay cütlüyü isə övladları Dilavər ilə Davudun videosunu paylaşaraq “Uşaqları tək bir gün yox, hər saniyə qoruyaq. Hər evdən körpə səsi gəlsin. Heç bir valideyn övladına görə əziyyət çəkməsin. Uşaqlar bahalı oyuncaq, geyim, yemək yox, bizim sevgimizi istəyirlər” şərhini əlavə edib.

Estrada ifaçısı Nigar Camal isə uşaq sığınacağından fotosunu paylaşaraq “uşaqları qoruyaq - onlar bizim gələcəyimizdir” şərhini əlavə edib. 

Rəqqasə Fatimə Fətəliyeva uşaqlarla foto və videosunu paylaşaraq onları bayram münasibətilə təbrik edib.

Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri