11 
İyn
2022
13:50
128
97
3736
Virtual karabakh

Məşhur bloqerlər Bakıdan dünyaya sürət həyəcanını ötürürlər - FOTO/VİDEO

11 İyn, 2022
13:50
3736

Məşhur bloqerlər Bakıdan dünyaya sürət həyəcanını ötürürlər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” yarışları və onun yaşatdığı həyəcan davam edir.

Oxu.Az xəbər verir ki, yarışlar çərçivəsində dünyanın müxtəlif ölkələrindən bir çox məşhur bloqerlər ölkəmizin qonağıdır.

Bunlar arasında türkiyəli aktyor, bloqer Anıl Altan, youtuber Berkcan Güven, iranlı bloqer Sədəf Taherian və avstraliyalı model Mariam Rod da var.

Onlar Bakını gəzib, milli mətbəximizin ləziz təamlarından dadıb və “Formula-1” yarışları barədə xoş təəssüratlarını sosial şəbəkə hesablarında paylaşıblar.

1,2 milyon izləyicisi olan Anıl da paytaxtımızda lentə aldığı maraqlı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Sədəf milli mətbəximizin ləziz xörəyi olan qutab və aş yediyi görüntüləri izləyiciləri ilə bölüşüb. Onun sosial şəbəkədə iki milyona yaxın izləyicisi var.

Berkcan Güven yarışdan çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. Onun “Instagram” hesabında üç milyondan çox izləyicisi var.
1,2 milyon izləyicisi olan avstraliyalı model Mariam Rodun isə İçərişəhərdən maraqlı paylaşımlar edib.
Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri