28 
İyn
2022
15:48
58
199
10788
Virtual karabakh

Röyadan qəribə toy hədiyyəsi: Qardaşına nəyi vəd etdi? - VİDEO

28 İyn, 2022
15:48
10788

Röyadan qəribə toy hədiyyəsi: Qardaşına nəyi vəd etdi? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Efirdə olan adam özünə baxmalıdır. Kişi dostlarım var ki, burunlarını əməliyyat etdirirlər. Qardaşım Ayxana demişəm ki, sənə hədiyyə hazırlayıram: toyundan əvvəl burnunu kəsdirəcəyəm. Qızı tapsın, edəcəyəm”.

Bu sözləri Xalq artisti Röya Ayxan Space TV-də yayımlanan “Deməsəm, olmaz” proqramında deyib.

Röya bir müddət əvvəl nişanlanan qardaşı İsmayıldan bəhs edib:

“Ayxanın 30 yaşı var, yəqin sevdiyi var, amma mənə demir, utanır. Ayxanın da İsmayıl kimi özünə bir qız tapmasını istəyirəm: ağıllı, ailəmizə sevinc gətirən və çalışan. Çalışmayan qadınları sevmirəm. Qadının həyatda bacarığı olmalıdır. Tək evdə oturub, uşaq böyütmək...Uşaq böyüyəndən sonra sən nə edəcəksən? Mən şəxsi həyatlara girməyi sevmirəm. İsmayıl seçdiyi xanımla 8 ildir birlikdədir. Amma bu yaxınlarda onunla yazışmağa başlamışam. O da gəlinlik geyimi seçiminə görə yazmışam ki, ürəyincə deyilsə, başqa yerə baxaq. Mənim özümə baxan lazımdır, başqasının həyatında nə işim var?”

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri