İyl
2022
17:49
19
142
3427
Virtual karabakh

Pulu oğurlanan ABD Malik: “Gördüm ki, üzüm görünən video var” – YENİLƏNİB + FOTO

1 İyl, 2022
17:49
3427

Pulu oğurlanan ABD Malik: “Gördüm ki, üzüm görünən video var” – YENİLƏNİB + FOTO

Keçmiş “Dəyirman” qrupunun üzvü Malik Kələntərli üzləşdiyi dələduzluqla bağlı açıqlama verib.

Oxu.Az-a danışan Malik ilk dəfədir ki, başına belə bir iş gəldiyini və hazırda məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

“Instagram”da mənim profil adıma oxşar bir profil mesaj yazdı. Girdim ki, baxım görüm nə yazıb. Gördüm ki, mənim üzüm görünən bir video var. Bəzən olur ki, pərəstişkarlarım nələrsə göndərirlər. Baxdım videoya, açıldı, sonra isə itdi. Haradasa dəqiqə yarımdan sonra mesaj gəldi ki, hesabınızdan pul çıxıldı. Hələ ki bankda araşdırma gedir. Bəlkə, bankda nəsə problem olub, bu hadisə ilə üst-üstə düşüb. Ümumiyyətlə, şəhərdə dələduzluq halları çoxdur, diqqətli olmaq lazımdır. İlk dəfədir ki, başıma belə iş gəlir”, - deyə repçi qeyd edib.

16:48

Keçmiş “Dəyirman” qrupunun üzvü, “ABD Malik” təxəllüsü ilə məşhurlaşan müğənni Malik Kələntərlinin pulu oğurlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat paylaşıb.

İfaçı bank kartından qeyri-qanuni yolla pul çıxarıldığını vurğulayıb:

“Mənim profilimin adından, ya da ona oxşar adlarla sizə dostluğa sorğu gələ bilər. Açmayın. İçində videofayl açaraq kartımdan 546 manat oğurladılar”.

Sözügedən paylaşımı təqdim edirik:

Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri