İyl
2022
17:42
214
145
7909
Virtual karabakh

Fatimədən ombasını böyüdən məşhurlara: “Mənim heç yerim sallanmır” - VİDEO

2 İyl, 2022
17:42
7909

Fatimədən ombasını böyüdən məşhurlara: “Mənim heç yerim sallanmır” - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva keçirdiyi plastik əməliyyatlardan söz açıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə o, MTV-də yayımlanan “MTV maqazin” verilişinə danışıb.

Bıçaq altına uzanmasının səbəbindən danışan Fətəliyeva bir çox məşhur xanımların bəhsə girib, bir-birinin acığına ombalarını böyütmələrinə də sərt reaksiya verib:

“Beş il əvvəl plastik əməliyyat olundum. Bu əməliyyatı komplekslərimdən azad olmaq üçün etdirdim. İkinci dəfə ana olduqdan sonra çəkim artdı. Rəqs və idman etsəm də, istədiyim kimi özümü görə bilmədim. Bu səbəbdən bıçaq altına uzandım. Son illər xanımlar daha da cazibədar görünüb, “90-60-90” vücuda sahib olmaq üçün əməliyyatlar etdirirlər. Xanım məşhurların plastik əməliyyatla ombalarının həcmini həddən artıq böyüdüblər. Zaman gələcək, onlar bunu etdirdiklərinə görə çox peşman olacaqlar. Eşitmişəm ki, bir sıra xanımlar ombalarını silikonla böyüdüblər, sonra yenidən əməliyyat etdirib, onları oradan xaric ediblər. Çünki çürüyüb. Onların adlarını çəkmək istəmirəm, çox tanınmış simalardır.

Elə düşünməsinlər ki, mən burada kimisə pisləyib, söz atıram. Deyəcəklər ki, buna bax, özü əməliyyat etdirib, bizə söz atır. Yenə də təkrarlayıram, beş il əvvəl etdirdiyim plastik əməliyyatlardan sonra əldə etdiyim nəticəni və formanı çalışıram qoruyub-saxlayım. Mənim heç yerim sallanmır, ətim bərkdir. Onları görəndə dəhşətə gəlirəm, şoka düşürəm. Baxıb düşünürəm ki, onlar bu böyüdülmüş omba ilə necə gəzirlər. Onların bədən quruluşuna etdirdikləri dəyişiklik ön plana çıxır və vizual olaraq çox pis görünür”.

Ətraflı süjetdə:

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri