21 
İyl
2022
18:48
39
244
1920
Virtual karabakh

Cavanşir Məmmədovun “Avroviziya”ya qatılmaq istəyi gündəm oldu: “Cavanlara yol açmağın vaxtıdır” - FOTO

21 İyl, 2022
18:48
1920

Cavanşir Məmmədovun “Avroviziya”ya qatılmaq istəyi gündəm oldu: “Cavanlara yol açmağın vaxtıdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Cavanşir Məmmədovun “Beş nəfərlik qrupla ölkəmizi elə təmsil edərəm ki, bütün dünya bir-birinə dəyər” deyərək “Avroviziya” səhnəsində çıxış etmək istəyi gündəm olub.

Əməkdar artistin bu istəyi birmənalı qarşılanmayıb. Bəziləri bunu gülüş obyektinə çevirsələr də, C.Məmmədovun fikirləri ilə razılaşanlar da az olmayıb.

Mövzuya münasibət bildirənlərdən biri də “Avroviziya-2022” təmsilçimiz Nadir Rüstəmli olub.

Oxu.Az-a danışan N.Rüstəmli yeni səslərin üzə çıxıb tanınması üçün gənclərə yol açmağın önəmindən danışıb:

“Cavanşir müəllim illərin sənətçisidir. Həm şəxsiyyətinə, həm sənətinə çox böyük hörmətim var. Ümumiyyətlə, bir insan ki illərlə peşəkar səviyyədə bir sənətlə məşğul olursa, həqiqətən də, ona hörmət etmək lazımdır. O ki qaldı “Avroviziya”ya qatılmaq məsələsinə, məncə, sözügedən müsabiqəyə yeni səslər qatılmalıdır. Çünki bizim ölkədə heç kəsin tanımadığı kifayət qədər istedadlı ifaçılar var. Düşünürəm ki, onlara yol açmağın vaxtıdır. Cavanşir müəllim artıq bu sənətdə öz sözünü deyib. Ona görə də incəsənətimizin inkişafı üçün gənclərə yol açmaq mütləqdir. Cavanşir müəllimin “elə çıxış edərəm ki, dünya bir-birinə dəyər” sözlərinə gəlincə, bundan əminəm”.

Qeyd edək ki, Nadir Rüstəmli İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” mahnı müsabiqəsində “Fade To Black” ifası ilə 16-cı yeri tutub.

Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri