25 
İyl
2022
13:48
100
60
5539
Virtual karabakh

Şou-biznes nümayəndələri harada və necə pərt olublar? - VİDEO

25 İyl, 2022
13:48
5539

Şou-biznes nümayəndələri harada və necə pərt olublar? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhnələr, efirlər, bir sözlə, şou-biznes nümayəndələrinin olduğu heç bir yer söz-söhbətsiz, hadisəsiz ötüşmür.
 
Bəs görəsən, şou-biznes nümayəndələrindən kim, harada, nə zaman və hansı vəziyyətdə pərt olub?
 
Bu dəfə məşhurlar Xəzər TV-də yayımlanan “Şourum” verilişinin mikrofonuna başlarına gələn ən ekstremal vəziyyətlərdən danışıblar.

Sözügedən çətin vəziyyətlərdən biri Əməkdar artist Vəfa Zeynalovanın başına gəlib. Tamaşada oynayarkən tərəf-müqabili aktrisanın uzun ətəyinin üzərində əyləşib və bu zaman Zeynalovanın ətəyi əynindən düşüb.

Müğənni Zamiq Hüseynovun isə konsert zamanı mikrofonu işləməyib, o cümlədən soyuqda konsert verdiyi üçün donan musiqi aparatları işləməyib. 

Əməkdar artist Vasif Məhərrəmlinin isə toyların birində ayağının altında stəkan qırıqları qalaraq onu çətin vəziyyətə salıb. Yıxılmaq təhlükəsi ilə üz-üzə qalan sənətçinin şalvarı cırılıb.

Sorğuda məşhur aparıcılar Tural Əsədov və Leyla Quliyeva da iştirak ediblər. Onlar tədbir zamanı sıralamanı səhv saldıqlarını və mətni unutduqlarını etiraf ediblər.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri