29 
İyl
2022
06:44
79
237
5490
Virtual karabakh

Şakira həbs oluna bilər

29 İyl, 2022
06:44
5490

Şakira həbs oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya Prokurorluğu kolumbiyalı müğənni Şakiranın vergidən yayınma ilə bağlı məhkəməsi ərəfəsində ona həbs cəzasının cərimə ilə əvəzlənməsini təklif edib.

Məlumata görə, ittiham tərəfi hələ vaxtı müəyyən edilməmiş məhkəmə prosesinin baş tutmaması üçün təklif səsləndirib, lakin ifaçı bunu qeyri-mütənasib və maraqlarına zidd hesab edərək, razılaşmadan imtina edib. Razılığa gəlmək mümkün olmadığından, prokurorluq məhkəməyə ittiham aktı təqdim edəcək və məhkəmə onu təqsirli bildiyi təqdirdə Şakiranın həbsini tələb edəcək.

Qurum müğənnini 2012-ci ildən 2014-cü ilə qədər vergi ödəməməsi ilə bağlı cinayətlərdə ittiham edir. Ümumilikdə, söhbət 14,5 milyon avrodan gedir. Müğənninin müdafiəsi israr edir ki, həmin dövr üçün onun İspaniyada ildə 183 gündən çox vaxt keçirməsinə dair heç bir birbaşa sübut yoxdur. Belə olduqda isə Şakiranı vergi rezidenti hesab etmək olmaz.

İttiham tərəfi isə hesab edir ki, müğənni İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Jerar Pike ilə münasibətini nəzərə alaraq, vaxtının çox hissəsini məhz eyniadlı şəhərdə keçirib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri