10 
Avq
2022
15:40
107
27
4138
Virtual karabakh

Lopezdən ayrı yaşamaq qərarı alan Afflek malikanəsini satışa çıxardı - FOTO

10 Avq, 2022
15:40
4138

Lopezdən ayrı yaşamaq qərarı alan Afflek malikanəsini satışa çıxardı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Cennifer Lopezlə ailə qurduqdan bir ay sonra aktyor Ben Afflek malikanəsini 30 milyon dollara satışa çıxarıb.

Məlumata görə, villada yeddi yataq otağı, doqquz vanna otağı, idman zalı, kinoteatr, SPA və iqlim-nəzarət sistemi olan şərab zirzəmisi, açıq hovuz, yay mətbəxi və ətrafda kiçik tərəvəz bağçası var. Aktyor bu mülkü 2018-ci ildə Cennifer Qarnerlə münasibətdə olarkən 19,2 milyon dollara alıb.

Qeyd edək ki, aktyorun Lopezlə toydan bir ay sonra malikanəsini satışa çıxarması bir çoxları tərəfindən maraqla qarşılanıb. Jurnalistlər bunu yeni evlənənlərin Beverli Hillsdəki evlərinə köçmələri ilə əlaqələndiriblər.

Xatırladaq ki, ulduz cütlük toylarından cəmi üç həftə sonra ayrı yaşamaqla bağlı qərar verib. Onlar bunu hər birinin öz layihələri üzərində fikirlərini cəmləmələri ilə izah ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri