16 
Avq
2022
08:41
65
20
1680
Virtual karabakh

Ember Hörd Conni Depplə yeni məhkəmə ərəfəsində vəkilini qovub

16 Avq, 2022
08:41
1680

Ember Hörd Conni Depplə yeni məhkəmə ərəfəsində vəkilini qovub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktyor Conni Deppin ona qarşı açdığı iddia üzrə hökmdən apellyasiya şikayəti verən aktrisa Ember Hörd vəkillər komandasında dəyişiklik edib.

O, səbəblərini ictimaiyyətə açıqlamadan vəkil Eleyn Bredehoftun xidmətlərindən imtina etmək qərarına gəlib.

Aktrisanın nümayəndələri bəyan ediblər ki, yeni proses yeni mütəxəssislər tələb edir.

Bredehoft isə “estafeti ötürməyə” hazır olduğunu bildirib.

Beləliklə də, Apellyasiya Məhkəməsində Hördün işi “Ballard Spahr” hüquq firması və onun vəkilləri David L.Akselrod və Cey Uard Braun tərəfindən aparılacaq.

Qeyd edək ki, Conni Depp və Ember Heard arasında məhkəmə prosesi başa çatdıqdan sonra aktrisa keçmiş ərinə ümumilikdə 8,3 milyon dollar ödəməlidir.

Ödənişdən yayınmaq üçün o, appelyasiya şikayəti verib. Depp də öz növbəsində qarşılıqlı şikayətlə çıxış edib.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri