11 
Sen
2022
04:45
88
44
2217
Virtual karabakh

Tom Henks “Forrest Qamp”ın davamı barədə danışdı

11 Sen, 2022
04:45
2217

Tom Henks “Forrest Qamp”ın davamı barədə danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tom Henks etiraf edib ki, o, “Forrest Qamp” filminin davamının çəkilişi barədə müzakirələrdə iştirak edib.

Məşhurun sözlərinə görə, danışıqlar qısamüddətli olub. Belə ki, ideya tez bir zamanda rədd edilib.

“Biz ikinci “Forrest Qamp” ideyasını müzakirə etməyə çalışdıq, lakin söhbət 40 dəqiqədən çox çəkmədi və o vaxtdan bəri məsələyə qayıtmadıq”,- deyə Hollivud aktyoru bildirib.

Eyni zamanda, Henks qeyd edib ki, uğurlu filmlərin davam etdirilməsinə qarşı deyil. Amma bu cür layihələrə başlamaq üçün yaxşı səbəblər olmalıdır.

Mənbə: popcornnews.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri