24 
Noy
2022
16:28
44
117
5889
Virtual karabakh

Məşhur türk müğənni azadlıqdan məhrum edildi

24 Noy, 2022
16:28
5889

Məşhur türk müğənni azadlıqdan məhrum edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin tanınmış müğənnisi və aktyoru Halil Sezai 4 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu qonşusu Hüseyn Meriçə dediyi təhqiramiz sözlər səbəbindən təqsirli bilib.

Tərəflər arasında insident müğənninin Tuzlada səhnəyə çıxdığı məkanda baş verib. Sezai hadisə zamanı qonşusunu döyərək təhqir edib.

Hakim hökmünü açıqlamazdan qabaq Sezai özünü müdafiə etmək üçün deyib ki, qonşusu ilə əvvəllər baş vermiş daha bir hadisəyə görə aralarında düşmənçilik var:

“Təhqir etmək fikrində deyildim. Günahsızam, bəraətimi tələb edirəm”.

Meriç isə sözügedən hadisədən əvvəl də müğənninin ona sosial şəbəkələr vasitəsilə bəzi hərəkətlər etdiyini vurğulayıb: “Ondan şikayətçiyəm”.

Prokurorluq onun 3 ay 15 gündən 2 il 4 aya qədər həbs edilməsini tələb edib. Məhkəmə isə Sezaiyə hökm oxuyaraq onu 4 ay 25 gün müddətinə azadlıqdan məhrum edib.

Mənbə: Milliyet

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri