23 
Mar
2015
14:21
75
176
14962
Virtual karabakh

Xumar: Xoşuma gələn adam olub, baxdırmışam ki... - VİDEO

23 Mar, 2015
14:21
14962

Xumar: Xoşuma gələn adam olub, baxdırmışam ki... - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Açıq-saçıq libas qadını adiləşdirir".

Müğənni Xumar Qədimova açıq-saçıq geyimlərdən danışıb.

Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, ifaçı "Onlar"a açıqlamasında səhnədə geyimi ilə yox, sənətiylə diqqət çəkdiyini bildirib:

"Müğənni qısa da, uzun da geyinə bilər. Əsas odur ki, estetik cəhətdən eybəcər görünməsin. Gərək müğənninin geyimi yox, sənəti öndə olsun. Tam açıq-saçıq libas qadını adiləşdirir. Açıq geyinə bilərsən, amma estetik görünüşü zədələməmək şərtiylə. Xumar cazibədar qadındır".

Son vaxtlar arıqlaması ilə diqqət çəkən X.Qədimova "Arıqlamaq barədə heç bir problemim yoxdur. İstəyirəmsə, beynimə bir əmr verirəm: yemək olmaz. Yeməyi xoşlayıram. Amma arıqlamaq istəyəndə, gözümün önündə nə qədər xörək olsa da özümü saxlayıram" deyə, bildirib.

Müğənni fala baxdırması ilə bağlı etiraf da edib:

"Yalan danışmayım, fala baxdırmaqla aram yaxşıdır. Məktəb, universitet vaxtlarında, sonralar bir neçə dəfə falçı yanında olmuşam. Xoşuma gələn adam olub, baxdırmışam ki, görüm necə olacaq, o da məni düşünürmü?".

Yeniliklərindən danışan X.Qədimova böyük kompozisiya hazırlayır:

"İki ilə yaxındır ki, Sona Vəliyevanın sözlərinə bəstələdiyim kompozisiya hazırlayırdım. Böyük layihədir, "Torpaq harayı, əl-ələ tut gedək" adlanır. Buna mini film çəkilir. Bir neçə sənət adamı da ekran işində yer alıb. Aprelin ortalarında təqdim edəcəm. Daha sonra Yaşar Baxışın aranjimanı ilə ritmik, dünyaşöhrətli mahnı hazırlayıram".

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri