16 
Mar
2023
11:54
13
226
4922
Virtual karabakh

Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” - VİDEO

16 Mar, 2023
11:54
4922

Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həyat yoldaşımdan boşandım, daha sonra o, dünyasını dəyişdi. Gərək boşanmayaydım...Beş-altı il əvvəl bilmişəm ki, o, vəfat edib. Bu xəbərdən çox pis oldum. Onun ailəsinə dedim ki, gərək mənə onun vəfatını deyərdiyiniz. O, mənim uzaq qohumum olub”. 

Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Əliyeva qonaq olduğu “Zaurla günaydın” səhər şousunda deyib. 

Sənətçi bildirib ki, universitet illərində Xalq artisti Fuad Poladova eşqini etiraf edib: 

“Evliliyim heç bir il çəkmədi. Mənim bir övladım var. Universitetin üçüncü kursunda təhsil alırdım. Məni evdən vermişdilər həmin şəxsə, nişanlamışdılar. Amma mənim sevgim başqa insana idi. Fuad Poladova qarşı platonik sevgim var idi.

O da yenicə ailə qurmuşdu. Tədris teatrında tərəf müqabili kimi mənimlə oynadı. Onu sevdiyimi bilirdi. Kursumuzun rəhbəri Şəfiqə Məmmədovaya demişdim. O söylədi ki, bu, necə olur? Demişdim ki, istəyirəm də onu”.  

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri