10 
Apr
2015
18:21
29
144
23444
Virtual karabakh

İlhamə Quliyeva: Yekə arvaddır, soyunub suda klip çəkdirir - VİDEO

10 Apr, 2015
18:21
23444

İlhamə Quliyeva: Yekə arvaddır, soyunub suda klip çəkdirir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əlimdə faktlar var, qabaqlarına qoyacam”.

Xalq artisti İlhamə Quliyeva “ATV maqazin” verilişinə açıqlama verib.

Oxu.Az xəbər verir ki, primaddona bəzi həmkarlarına od püskürüb:

“Hörmətli adam sayıldığım üçün mənə zəng edib deyirlər ki, filankəsə deyin özünü yığışdırsın, ailə dağıdır. Yekə arvaddır, soyunub suda klip çəkdirir.

Ağıllarını başlarına yığsınlar, insanları yalan söhbətlərlə aldatmasınlar. Yaşları çox, başları boşdur. Heç kim mənə heç nə edə bilməz. Çox danışsalar, dəhşətli şeylər danışacam. Əlimdə faktlar var, qabaqlarına qoyacam”.

İlhamə Quliyeva hətta rejissorluq fəaliyyətindən danışıb:

“32 seriyalı film çəkirəm. Adı “Qızıl güllə”dir. Orada tanınmış aktyorlar olmayacaq. Ürəyim kimi istəyir, onu çəkəcəm".

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri