12 
Apr
2015
14:02
181
36
7851
Virtual karabakh

Elnur Avropanı fəth edir - FOTO + VİDEO

“Eurovison 2015” təmsilçimizin promo turlarına start verildi.

Azərbaycanı “Evrovision 2015” musiqi yarışmasında təmsil edəcək Elnur Hüseynovun müsabiqə çərçivəsində promo turlarına start verilib.

Oxu.Az-ın yarışmanın rəsmi internet saytına (Azerbaijan: Elnur's promo tour starts today) istinadən verdiyi məlumata görə, azərbaycanlı təmsilçinin Avropa turnesi Latviyanın paytaxtı Riqadan başlayıb. 

Təmsilçimiz artıq dünəndən Riqadadır. O, digər qonaqlarla birlikdə mətbuat konfransında avropalı jurnalistlərin suallarını cavablandırıb. Daha sonra “Eurovision pre-party Riga 2015” konsertində çıxış edib. Həmin konsertdə Eurovision qalibləri Aleksandr Rıbak (2009), Eldar Qasımov (2011) və Mariya Naumova (2002) səhnəyə çıxıblar.

Elnur ardıcıl olaraq Macarıstanın paytaxtı Budapestdə, Hollandiyanın paytaxtı Amsterdamda, Rusiyanın paytaxtı Moskvada və Avstriyanın paytaxtı Vyanada konsert proqramları ilə çıxış edəcək.

Qeyd edək ki, Elnur Hüseynov "Eurovision 2015" mahnı yarışmasının 21 mayda keçiriləcək II yarımfınalında 11 nömrə altında səhnəyə çıxacaq. Təmsilçimiz "Hour of the Wolf” mahnısını təqdim edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri