27 
May
2023
23:35
258
32
3377
Virtual karabakh

Türkiyəli aktrisa Kann Festivalında ən yaxşı qadın oyunçu seçildi

27 May, 2023
23:35
3377

Türkiyəli aktrisa Kann Festivalında ən yaxşı qadın oyunçu seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Merve Dizdar rejissor Nuri Bilge Ceylanın “Kuru Otlar Üstüne” filmindəki performansına görə 76-cı Kann Film Festivalında ən yaxşı aktrisa mükafatını qazanıb.

Festivalda ən yaxşı aktor adına almaniyalı rejissor Vim Vendersin “İdeal günlər” filmindəki obrazına görə Kodzi Yakuşo layiq görülüb.

Qran Pri Britaniya rejissoru Conatan Qleyzerə verilib. O, “Maraq zonası” filminə görə mükafat alıb.

Yapon dramaturqu Yuji Sakamoto “Cəhənnəm” filminə görə festivalın ən yaxşı ssenari mükafatını qazanıb.

Fransalı Justin Trie isə “Enmə traektoriyası” filminə görə “Qızıl Palma Budağı” mükafatını əldə edib.

Qeyd edək ki, festivalın builki münsiflər heyətinə isveçli rejissor Ruben Estlund rəhbərlik edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri