29 
Apr
2015
12:01
204
195
50358
Virtual karabakh

Sevda Yahyayeva: Axırıncı fotosessiyaya görə məni qınayanlar çox oldu - FOTO

29 Apr, 2015
12:01
50358

Sevda Yahyayeva: Axırıncı fotosessiyaya görə məni qınayanlar çox oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fikirləşirəm ki, o qədər də açıq-saçıq deyildi, çünki həmişə elə geyinirəm”.

Oxu.Az son günlərdə seksual ampluada yeni fotosessiyası ilə ən çox baxış sayı toplayan və müzakirələrə səbəb olan müğənni Sevda Yahyayeva ilə müsahibəni təqdim edir:

- Tanınmağınızda ən çox nəyin rolu olub?

- Səsimin və zəhmətimin.

- Bəs şou-biznesdə sizə ən çox kim dəstək olub?

- Nəinki şou-biznesdə, elə hər yerdə özüm-özümə dəstəyəm.

- Sizcə, bizim şou-biznesdə prodüser anlayışı düzgün formalaşıb? Yəni əsl prodüser necə olmalıdır və bizdə bu kriteriyaya cavab verən kimdir?

- Tolik çox gözəl təşkilatçı və prodüserdir.

- Avropa Oyunlarına dəstək üçün keçirilən “Baku 2015 Basketball Challenge”ə qoşulan şou əhli arasında sizin də videonuz yayıldı. Siz bu oyunlardan nə gözləyirsiniz?

- Mən Avropa Oyunlarında iştirak edən hər kəsə uğurlar arzulayıram.

- Bu günə qədər kiminləsə qalmaqalınız olubmu?

- Xeyr.

- Bildiyimə görə fotosessiya etdirmək sizin ən çox sevdiyiniz hobbilərinizdən biridir. Son fotosessiyanızda sizi heç vaxt görmədiyimiz seksual ampluada gördük…

- Bu, “İlk addım” mahnısı üçün çəkilən şəkillər idi. İnsanlar tərəfindən maraqla qarşılandı. Qınayanlar da çox oldu. Söylədilər ki, çox açıq-saçıq şəkillərdir. Əslində mən fikirləşirəm ki, o qədər də açıq-saçıq deyildi, çünki həmişə geyindiyim geyimlər idi. Zənnimcə, vulqar görünmürdü, mənə yaraşdı.

- Sizi də nə vaxtsa efirdə aparıcı, ya da aktrisa kimi görəcəyik?

- Nə vaxtsa görə biləcəksiniz.

- Həyatda sizi ən çox sarsıdan nə olub?

- Olub, artıq onlar çox keçmişdə qalıb. Şükür Allaha, bu gün hər şey yaxşıdır. Mən çox güclü qızam.

- Baş verə biləcək hansı hadisə sizi tamamilə sənətinizdən soyuda bilər?

- Bunu heç vaxt düşünməmişəm. İfaçılıq arzuladığm sənətdir. İşimi çox sevirəm. Bu gün öz sevdiyim işlə məşğulam. İnanmıram ki, nəsə məni öz sənətimdən soyuda bilər. Nə qədər yaşayıram o qədər də sənətdə olmaq, oxumaq istəyirəm.

- Sizcə, niyə həmişə yaşlı nəsil gənc nəsildən, gənc nəsil isə yaşlı nəsildən şikayətlənir?

- Bu, həmişə belə olub (gülür). Hər iki nəslin nümayəndələri daima bir-birindən şikayət edirlər. Ola bilər ki, dünyaya baxışlarımız fərqlidir.

- Tamaşaçının efir vasitəsilə sizdə görə bilmədiyi tərəflər hansılardır?

- Tamaşaçılar məndə görə biləcəkləri hər şeyi görüblər. Bəzi nüanslar var ki, heç vaxt onları görmələrini istəmirəm.

- Sizi güldürmək asandır, yoxsa ağlatmaq?

- Məni əslində ağlatmaq çox asandır. Çox kövrək ürəyim var. Gözümün yaşı ovcumun içindədir.

- Harasa səyahətə gedəndə mütləq özünüzlə götürdüyünüz əşya nə olur, hansı ki onu hər yerə özünüzlə daşıyırsınız?

- Həmişə özümlə fotoaparat götürürəm. Çünki olduğum yerlərdə şəkil çəkdirməyi çox sevirəm. Çəkdiyim şəkilləri isə albom şəklinə salıb özümdə saxlayıram.

- Qırmızı insansınız, yoxsa fikirlərinizi deməkdə çətinlik çəkirsiniz?

- Çox vaxt fikrimi deməkdə çətinlik çəkirəm. Hərdən də elə olur ki, sözlərimi qırmızı-qırmızı, birbaşa deyə bilirəm.

- Səyahətdə başınıza gələn ən gülməli və ən kədərli hadisə nə olub?

- Başıma bir hadisə gəlib ki, o həm gülməli, həm də kədərlidir. İlk dəfə dənizdə üzmək istəyirdim. Az qala suda boğulacaqdım. Ondan sonra məndə suya qarşı fobiya yaranıb. Kənardan mənə çox güldülər. Amma mən çox qorxmuşdum.

- Özünüzü ölkənin ən gözəl qadınları siyahısında görürsünüz?

- Bəli, görürəm.

- Ailənizin sizdən başqa tanınmış üzvü var?

- Ailəmizin yeganə tanınmış üzvü elə mən özüməm.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri