Dek
2013
14:59
55
14
13322
Virtual karabakh

Müğənninin həyat yoldaşı: Mən onun ləyaqətini alçaltmaram

2 Dek, 2013
14:59
13322

Müğənninin həyat yoldaşı: Mən onun ləyaqətini alçaltmaram

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç kim ona mənim mənliyimi təhqir etmək haqqını verməyib”.

Boşanma söz-söhbətləri yayılan Lalə Məmmədovanın həyat yoldaşı İlham Qafarov bu barədə Vesti.az saytına musahibə verib.

Oxu.Az xəbər verir ki, o, Lalə Məmmədova ilə münasibətləri baradə bunalrı danışıb:

“Lalənin maqazin verilişində söylədikləri həqiqətə uyğun deyil. Bizim boşanma səbəbimiz onun rəfiqələrinin yalanlarıdır. Əgər o məndən xəyanət etməkdə şübhələnirdisə , gərək onda bir neçə dəfə məni yoxlayardı, sonra düzgün qərar verərdi.

Hər ailədə söz-söhbət, qarşıdurma, dava-dalaş olur, amma hər bir vəziyyətdən düzgün çıxış yolu tapmaq lazımdır. Əgər mənim hərəkətim onun xoşuna gəlməmişdisə, o bunu sülh yolu ilə həll edə bilərdi, münaqişəni bu həddə çatdırmazdı.

Heç kim ona mənim mənliyimi təhqir etmək haqqını verməyib. Bizi gözü götürməyənlər, onu mənim əleyhimə yönəldiblər, hansı ki, heç onların özünün normal ailə həyatı yoxdur. Mən adekvat kişiyəm, hər hərəkətimə və sözümə  cavabdehəm. Siz bilirsiniz ki, o indi ana olmağa hazırlaşır, mən onun ləyaqətini alçaltmaq istəmirəm. Halbuki, mən heç kimdən qorxmuram,  Allah hamımızın hakimidir. Gec və tez hər birimiz onun qarşısında cavab verəcəyik. 

Rəsmi boşanma məsələsinə gəlincə, o hələ gözlənilmir. Çünki, boşanmaya uşaq doğulandan bir il sonra baxıla bilinər. Uşaq bir aydan sonra doğulacaq. 

Bu səkkiz ildə mən onun üçün təkcə yaxşı ər olmamışam, qayğıkeş ata, ən əsası sadiq dost olmuşam. Onun həyat və yaradıcılıq fəaliyyətinin ən çətin anlarında həmişə onun yanında olmuşam . Mən onu maddi və mənəvi cəhətdən həmişə dəstəkləmişəm. Bir  məşhur sözu yada salmaq istəyirəm: Su içdiyin quyuya tüpürmək olmaz”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri