27 
Mar
2024
03:36
43
85
4821
Virtual karabakh

Nikol Kidman uzun müddət sonra ilk dəfə imicində köklü dəyişiklik etdi - FOTO

27 Mar, 2024
03:36
4821

Nikol Kidman uzun müddət sonra ilk dəfə imicində köklü dəyişiklik etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Nikol Kidman uzun müddət sonra ilk dəfə imicində köklü dəyişikliyi ilə gündəm olub.

O, bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

Fotolarda 56 yaşlı Nikol Kidmanın yeni saç düzümü ilə görünüb. Kadrlardan görünür ki, o, saçlarını qısaltmaqla yanaşı, açıq sarı rəngə boyatdırıb.

Pərəstişkarları aktrisadakı dəyişikliyi bəyəniblər və yeni saç düzümünü indiyə kimi olanların ən yaxşısı adlandırıblar.

Qeyd edək ki, Hollivud ulduzu ötən həftə “Elle” jurnalının yeni sayının siması olub. Məşhur fotoqraf Mario Sorrentinin obyektivində aktrisa bir neçə geyimi sınayıb, onlardan bəzilər isə olduqca açıq-saçıqlığı ilə seçilib. Kadrlarda Kidman uzun və tünd rəngli saçlardadır.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri