27 
Mar
2024
02:24
34
121
3102
Virtual karabakh

Azərbaycan təmsilçilərinin “Avroviziya”da neçənci yerdə çıxış edəcəyi məlum oldu

27 Mar, 2024
02:24
3102

Azərbaycan təmsilçilərinin “Avroviziya”da neçənci yerdə çıxış edəcəyi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı “Avroviziya-2024” mahnı müsabiqəsində ”Özünlə apar” mahnısı ilə təmsil edəcək Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.

Oxu.Az xəbər verir ki, bu barədə yarışmanın rəsmi səhifəsində məlumat paylaşılıb.

Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək. 

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri