Mar
2016
10:10
4
92
2230
Virtual karabakh

Qubada meşə yandı

4 Mar, 2016
10:10
2230

Qubada meşə yandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meşə fonduna ciddi ziyan dəyməyib.

Quba rayonunda meşə yanğınının qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Alpan meşəbəyliyinin 8 saylı dolayının 45-ci kvartalında yanğın hadisəsi qeydə alınıb.

Yanğın nəticəsində meşəətrafı ərazidə 30 sot quru ot və kol örtüyü yanıb və meşə fonduna ciddi ziyan dəyməyib.

Yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində söndürülüb.

Yanğının səbəbləri və dəyən ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri