18 
May
2017
15:26
31
231
74539
Virtual karabakh

Susananın intihar səbəbləri: Bacısı ilə masajçının intim münasibəti və “İnstagram”dakı fotolar... – FOTO

18 May, 2017
15:26
74539

Susananın intihar səbəbləri: Bacısı ilə masajçının intim münasibəti və “İnstagram”dakı fotolar... – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Saçını ülgüclə keçəl eləyirdi. Deyirdi ki, belə xoşuma gəlir. Evdən tez-tez qaçırdı. Neçə dəfə balkondan özünü atmaq istəyəndə oğlum onu saxlayıb. Əbülfəz qorxudan qapıları bağlayırdı ki, o, özünü ata bilər”. 

Oxu.Az-ın məlumatına görə, bir neçə gün öncə yaşadığı binanın balkonundan özünü ataraq intihar etmiş Bakı şəhər sakini Susana Şərifovanın qayınanası - şairə, Yazıçılar Birliyinin üzvü Simuzər Nüsrətbəyli Ölkə.Az-a açıqlamasında belə deyib.

O, gəlininin psixoloji probleminin olduğunu bildirib: “Mənim yeganə səhvim odur ki, Susananı psixoloqa aparıb, kağız almamışam”.

Şairə xanım Susananın bacısı Əminəyə görə oğlu ilə gəlini arasında narazılıqlar olduğunu danmayıb:

“Bacıları onun psixologiyasına mənfi təsir göstərirdilər. Belə şeyləri açıq danışmaq olmur. Susananın bacısı mənim oğlumun masajçı dostuyla intim əlaqədə olmuşdu. Susana onu eşidəndə çox pis olmuşdu. Adətən masajçılar öz işlərini görürlər, başqa niyyətləri olmur. Oğlum onu döymürdü, sadəcə bacılarıyla münasibətinə icazə vermirdi. İndi bacısı Əminə Susananın sinəsi açıq fotolarını paylaşır. Oğlum o fotoları görsə, başını divarlara vurar. İndi Əminə yazır ki, Simuzər xanımla narkoman oğlu sənə qıydılar. Elə deyil axı. Əslində, Susananın intiharının əsl səbəbi budur. Əminə Susananın sinəsi açıq fotolarını “Instagram”da paylaşırdı. Əbülfəz də deyirdi ki, sənin belə fotoların sosial şəbəkələrdə nə gəzir?”.

Oğlunun ailəsilə bərabər yaşayan Simuzər xanım oğlunun günahsız yerə həbs edildiyini deyir: “Susana evdar, zəhmətkeş qız idi. Ona güldən ağır söz deməmişəm, ana olmuşam, qayınana yox. Allah ona rəhmət eləsin. Kaş özü sağ olaydı və danışan insanların cavabını özü verəydi. Susananın psixoloji problemi vardı. Əbülfəz isə ali təhsilli oğlandır. Oğlum idmançıydı, trenajor zalında işləyirdi, mühafizəçi kimi çalışırdı. Yazırlar ki, guya narkoman olub. Yazırlar ki, oğlum Susananı döyürmüş. Elə şey olmayıb. Onlar bir-birini seviblər. O, belə hərəkət edəndə Əbülfəz başını divarlara vururdu, şokdaydı”.

Simuzər Nüsrətbəyli intihar hadisəsiylə bağlı oğlu Əbülfəz Baxşıyevin saxlanılmasını düzgün hesab etmir: “Uşaqlar onsuz da anasız qalıblar. Heç olmasa, atalarından da məhrum olmasınlar. Çox istərdim ki, oğlum barəsində qərar çıxarılarkən bunlar nəzərə alınsın. Çünki o, günahsızdır”.

Şairə xanımın sözlərinə görə, oğlu ilə Susana 8 il evli olublar, amma tutarlı səbəblərdən rəsmi nikaha girmədiklərini bildirib. İki qızları var - böyüyünün 6 yaşı vardı, kiçiyinin isə mayın 28-də 7 ayı tamam olacaq. Əbülfəzin ilk nikahdan uşağı yoxdur.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri