İyl
2017
00:43
34
448
27230
Virtual karabakh

Zəhranın çarpayısında yatmadığı ilk gecə – VİDEO + FOTO

6 İyl, 2017
00:43
27230

Zəhranın çarpayısında yatmadığı ilk gecə – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən sevinc dolu baxışlarla anasına boylanan, varlığı ilə atasına dünyalar bəxş edən Zəhra artıq həyatda yoxdur. O, ömrünün 18-ci ayında erməni vandalizminin qurbanı olub. 

Ölümü ilə hər kəsi dəhşətə gətirən Zəhradan geridə yalnız onun oyuncaqları və xatirələri qaldı...

Oxu.Az AzVision.az-ın Alxanlıdan lentə aldığı görüntüləri təqdim edir:

Xatırladaq ki, iyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib”.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri