19 
Noy
2017
11:03
28
311
2914
Virtual karabakh

Qaxda meşə yanğınları başladı

19 Noy, 2017
11:03
2914

Qaxda meşə yanğınları başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində yanğın baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yanğın ötən gün axşam saatlarından etibarən rayonun İlisu kəndi yaxınlığında, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qeydə alınıb.

Havanın qaranlıq, ərazinin isə dağlıq olması ilə əlaqədar yanğının söndürülməsi işləri səhərə qədər təxirə salınıb. Hazırda yanğın davam edir. Qax Yanğından Mühafizə Hissəsi və müşahidə qrupu yanğının söndürülməsi üçün səhər saatlarında dağlıq əraziyə yollanacaq.

Ərazidə otlaq sahəsinin, kol-kosun və yaxud ağacların yanması ilə bağlı dəqiq məlumat yoxdur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri