20 
Noy
2017
18:20
24
353
4184
Virtual karabakh

Bakıda yaşıllıq belə məhv edilir – VİDEO + FOTO

20 Noy, 2017
18:20
4184

Bakıda yaşıllıq belə məhv edilir – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində uzun müddətdir Heydər Əliyev Fondunun təşəbbüsü ilə hasara alınaraq qorunub saxlanılan 25 hektara yaxın ərazisi olan yaşıllıq məhv edilir.

Bu barədə Oxu.Az-a daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, özlərini Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin Sabunçu rayon bölməsinin əməkdaşları kimi təqdim edən şəxslər yaşıllığı işlədikləri idarədə qaz olmadığı üçün kəsdiklərini, məqsədlərinin ağacları sobada yandırmaq olduğunu bildiriblər.

“Həmin ərazidə quru ağaclar da var, amma nədənsə işçilər yaşıl ağacları qıraraq idarəni isidirlər”. 

Əlavə olaraq, bildirilir ki, həmin ərazidə Bakıxanov qəsəbəsindən Nizami rayon Neftçilər metrosu istiqamətə gedən yolun sağ tərəfində yerləşən qəssabxanalardan axıdılan kəsilmiş heyvanların qanı yaşıllığı məhv edir.

Qeyd edək ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilib.

Mövzu ilə bağlı görüntüləri təqdim edirik:

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri