21 
Noy
2017
23:27
13
194
1626
Virtual karabakh

Nazirlik: Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

21 Noy, 2017
23:27
1626

Nazirlik: Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb.

Oxu.Az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Trend-in sorğusuna cavab olaraq bildirib.

“Bu il apteklərdə reydlər aparılmayıb. Çünki yoxlamalar dayandırılıb və yoxlamaya səbəb olacaq şikayətlər də daxil olmayıb”.

Mərkəzdən qeyd edilib ki, bu il dərmanların ölkəyə idxalı zamanı keyfiyyətlə əlaqəli problemlər qeydə alınmayib. İdxal zamanı əsasən texniki səbəblərlə əlaqədar müəyyən problemlər olub ki, bunlar da içlik vərəqəsi və ya qablaşma ilə bağlı olub.

Mərkəzdə dərmanların əlavə təsirlərinin öyrənilməsi üçün Farmokonəzarət şöbəsi də yaradılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri